Haqqımızda

BİZ KİMİK?

Xəyallarınızı bizimlə birlikdə qurun

Artıq altı ildən çoxdur ki biz Azərbaycanın ərazisində kinoteatrlar, auditoriyalar, ticarət mərkəzləri, ofislər və
əyləncə mərkəzlərini tikirik. Bizim portfolio sahəsi 46500 km2‐dən artıq yeni binaları, əlavə tikililəri və interyer
yeniləmələrini ehtiva edir.
SoundBuild MMC Azərbaycanın tamamı ilə lisenziyalaşdırılmış, müştərilərlə işləyərək büdcə müzakirələrini,
cədvəli optimallaşdırma və sahədəki iş başlamazdan əvvəl layihə problemlərini azaltmaq məqsədi ilə üstün
tikinti öncəsi imkanlara malik rəqabətcil tikinti şirkətidir. Biz birbaşa olaraq bacarıqlı ustaları işə alır və
özümüz dizayn, memarlıq və mühəndislik xidmətləri, sökmə, beton, hörgü, polad konstruksiyaların quruluşu
və interyer işlərinin yerinə yetirilməsi daxil olmaqla bir çox işləri həyata keçiririk.

BİZİM TARİXİMİZ

Hələ 2012‐ci ildə biz layihəyə gipsokarton arakəsmələrinin quraşdırılması üçün bir qrup olaraq dəvət
olunmuşuq. Həmin layihənin Kanadalı məsləhətçisindən akustikanın nə olduğunu və otaqda qüsursuz bir
sükuta necə nail olmağını öyrəndik. Elə həmin vaxt biz, bizim bazarda bu cür xidmətlərin qıtlıığını görərək,
indi SOUNDBUILD MMC kimi tanınan (əvvəlki UMGroup MMC adından rebrendinq olunmuşdur) şirkəti
yaratmaq qərarına gəldik. Yüksək keyfiyyət və sərfəli qiymət bahasına nail olduğumuz böyük uğurlar bizi
müştərilərimizə başlamış olduğumuz şəkildə xidmət etməyə davam etməyə təşviq edir.